Vuçiç növbədənkənar parlament seçkilərinə razılıq verib

Baş səhifə

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə keçirilən hökumət
əleyhinə etirazlardan sonra növbədənkənar parlament seçkilərinin
keçirilməsinə razılıq verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Vuçiç bildirib ki, seçkilər planlaşdırılandan iki il əvvəl baş
tutacaq. Bununla belə, yeni seçkilərin dəqiq tarixi hələ müəyyən
edilməyib.