
Bakı. Trend:
Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar
olmamışlar.
Trend xəbər verir ki, bunu
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80
illik yubiley yığıncağında çıxışı zamanı deyib.
“Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və
bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir
başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə
azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını
və dövlətini qorxutmamalıdır”, – deyə dövlətimizin başçısı əlavə
edib.


