“Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb

Baş səhifə
Qarabağ - Çelsi oyununun hakimləri açıqlanıb

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar bəlli olub.

“Report”un məlumatına görə, Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastian Gishamer olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.