
Bakı.Trend:
Oğurladığı pulla xarici ölkələrə istirahətə gedən şəxs
tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
Qax rayonununda yerləşən iki evdən oğurluq edilib.
Bildirilir ki, axşam saatlarında evlərə daxil olan naməlum şəxs
100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət
əşyalarını talayaraq ələ keçirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət
əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə
dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb. O,
oğurladığı maddi vəsaitlə xarici ölkələrə istirahətə getdiyini,
qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq əvəzində pul
götürdüyünü bildirib. Araşdırmalarla E.Rəşidovun paytaxtın Binəqədi
rayonunda da oğurluq etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

