Diqqəti yenidən toplamağın sirri aşkarlanıb – TƏDQİQAT

Baş səhifə

Bakı. Trend:

Massaçusets Texnologiya İnstitutunun alimləri beynin diqqəti
yayındıqdan sonra tapşırığa necə qayıtdığını araşdırıblar. Yeni
tədqiqat göstərib ki, beyində yaranan dalğalar düşüncəni yenidən
bərpa etməyə kömək edir.

Trend-in
məlumatına görə, bu barədə “MedicalXpress” portalı xəbər verib.




Məlumata əsasən, professor Earl K. Millerin sözlərinə görə, bu
fırlanan dalğalar beynin diqqətini düzgün istiqamətə qaytarır.
Araşdırmada heyvanlara yaddaş tapşırığı verilib və onların diqqəti
müxtəlif amillərlə yayındırılıb. Alimlər prefrontal korteksdəki
(yüksək düşüncə mərkəzi) yüzlərlə neyronun fəaliyyətini izləyiblər.
Nəticədə diqqət dağıldıqdan sonra neyronların fəaliyyətində
“fırlanma” müşahidə olunub, sanki beyin yenidən balansını tapmaq
üçün dövrə vurur. Əgər bu fırlanma tam şəkildə baş verirdisə,
heyvanlar tapşırığı düzgün yerinə yetirirdi. Əgər dalğa yarımçıq
qalırdısa, səhvlər artırdı. Yəni, beyin diqqəti bərpa etmək üçün
müəyyən fırlanma vaxtına ehtiyac duyur.

Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, bu fırlanan dalğalar
sadəcə riyazi model deyil, eyni zamanda, beynin səthində həqiqi,
fiziki dalğalanmalardır. Millerin fikrincə, bu mexanizm beynin
enerji baxımından səmərəli, “analoq hesablamalar” aparmaq üsulu ola
bilər.