Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts İsrailin Baş naziri Binyamin
Netanyahu ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Almaniya Nazirlər
Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius bildirib.
Məlumata əsasən, danışıq zamanı tərəflər Qəzza zolağındakı
vəziyyəti müzakirə ediblər və Fələstinin “HƏMAS” hərəkatının son
girovların qalıqlarını təhvil verməli olduğunu bildiriblər.
O qeyd edib ki, Merz və Netanyahu “Qəzza zolağında atəşkəsin
daha da sabitləşdirilməsi yollarını müzakirə ediblər”.
“Tərəflər humanitar yardımın Qəzza sakinlərinə təhlükəsiz və
kifayət qədər miqdarda çatdırılması barədə razılığa gəliblər. HƏMAS
son girovların qalıqlarını dərhal təhvil verməlidir”, – deyə
S.Kornelius vurğulayıb.

