
Bakı. Trend:
Berlində terror aktı planlaşdırmaqda şübhəli bilinən suriyalı
şəxsin həbsindən sonra Almaniyada yüksək terror təhlükəsi var.
Trend-in
məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri
Aleksandr Dobrindt deyib.
“Berlindəki həbs bir daha göstərir ki, Almaniyada terror
təhlükəsi səviyyəsi mücərrəd olsa da, yenə də yüksəkdir. 2023-cü
ildən bəri Almaniyada olan suriyalı şəxsin terror hücumuna hazırlıq
etdiyini göstərən hərəkətləri dərhal aşkar edilib”, – deyə nazir
bildirib.


