Bakı. Trend:
Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevorq
Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan xuliqanlıq və seçki
kampaniyasına mane olmaq ittihamları ilə saxlanılıblar.
Trend-in
məlumatına görə, bu barədə vəkil Ara Zohrabyan “Facebook”
səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın “Respublika” Partiyasının namizədi
Harutyun Mkrtçyan 1 noyabrda katolikosun qardaşı Qevorq Nersisyan
oğulları ilə birgə seçki kampaniyasına mane olublar.
Onun sözlərinə görə, istintaq orqanı onlar barəsində həbs
qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

