“OPEC+” ölkələri dekabr ayında neft hasilatını 137 min barel artıracaq

Baş səhifə

Bakı. Trend:

Səkkiz aparıcı “OPEC+” ölkəsi dekabr ayında neft hasilatını
gündə 137 min barel (noyabr ayı ilə müqayisədə) artırmaq qərarına
gəlib və 2026-cı ilin birinci rübündə hasilatı artırmaqda fasilə
verəcək.

Trend-in məlumatına görə, həmin ölkələrin görüşündən sonra “OPEC+”in açıqlamasında bildirilib.




Bəyanatda istehsalın artırılması qərarının sabit qlobal iqtisadi
perspektivlər və əlverişli bazar şərtləri fonunda verildiyi
vurğulanıb. Bundan əlavə, mövsümiliyə görə, səkkiz ölkələr 2026-cı
ilin birinci rübündə neft hasilatının daha da artırılmasını
dayandırmaq qərarına gəlib.

Sazişin tərəfləri təsdiqləyiblər ki, dəyişən bazar şərtlərindən
asılı olaraq və tədricən 1,65 milyon barel/gün qismən və ya tam
şəkildə geri qaytarıla bilər.