“Turan Tovuz” qələbə qazandı

Baş səhifə

“Turan Tovuz” Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Metbuat.az xəbər verir ki, bölgə təmsilçisi X turda “Şamaxı” ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib.

Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurub.

Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Turan Tovuz” birinci pillədə qərarlaşıb. “Şamaxı” 10 xalla doqquzuncu sıradadır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.