Bakıda V “Qələbə qaçışı” yarışı keçirilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Bakıda Dənizkənarı Milli Parkda Gənclər və İdman Nazirliyinin
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci
ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə
yarışı keçirilib.

Trend xəbər verir ki, “Yeddi
gözəl” fəvvarəsinin qarşısından start götürən iştirakçılar 10
kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.

1700-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda Bəxtiyar
Əsgərli kişilər kateqoriyasında birinci olub. Faqət Quliyev yarışı
ikinci, Elşad Nəsibov isə üçüncü pillədə başa vurublar. Qadınlar
arasında isə Anna Yusupova, Natalya Vallek və Yuliya Belkova ilk
üçlükdə qərarlaşıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov,
Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev, Olimpiya çempionu, “İdman veteranları” İctimai Birliyinin sədri Zemfira
Meftaxetdinova, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş
direktoru Maqsud Fərzullayev və başqaları təqdim ediblər.




Həmçinin iki gün ərzində Dənizkənarı Milli Parkda əyləncə zonası
təşkil olunub. Qaçış tədbiri əyləncəli konsert proqramı ilə davam
edib.

Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyni
nöqtə – “Yeddi gözəl” fəvvarəsi olub.