Qaradağ Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Trend xəbər verir ki,
əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.




Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov,
Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev,
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi
və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar
Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün
müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin32.5, 311.3.1,
32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham
edilir.