
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olur.
“Report”un məlumatına görə, o, bunu sosial şəbəkədəki X səhifəsində yazıb.
“HƏMAS qəzzalıları son dərəcə ehtiyac duyduqları humanitar yardımdan məhrum etməkdə davam edir. Bu oğurluq prezident Trampın günahsız mülki şəxslərə kritik yardım çatdırmaq planını dəstəkləmək üçün beynəlxalq səyləri sarsıdır”, – Rubio qeyd edib.
O, həmçinin Pentaqonun Mərkəzi Komandanlığından yardım maşınından yemək oğurlamaqda şübhəli bilinən HƏMAS üzvlərini müəyyən edən videonu da əlavə edib.
Rubio vurğulayıb ki, Qəzzanın parlaq gələcəyi üçün hərəkat silahlarını yerə qoymalı və talanlara son qoymalıdır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


