
Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XI turun oyunları davam
edir.
Trend xəbər verir
ki, turun ən gözlənilən qarşılaşmalarından biri İstanbulda baş
tutub.
“Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib və oyun
qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra “Qalatasaray” 29 xalla turnir cədvəlində
1-ci, “Trabzonspor” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XI turun mərkəzi görüşü noyabrın 2-də “Beşiktaş”la
“Fənərbağça” arasında keçiriləcək.


