Bakı. Trend:
Noyabrın 1-dən etibarən Ermənistan Milli Təhlükəsizlik
Xidmətinin sərhədçiləri pasportlara Ağrıdağ dağ silsiləsinin
təsviri olmayan yeni giriş və çıxış möhürləri vurmağa
başlayıblar.
Trend-in
məlumatına görə, bununla bağlı Ermənistan mətbuatında video və
fotolar dərc olunub. Yeni möhürlərdə təyyarə təsviri, ingilis
dilində “Zvartnots” yazısı, İrəvan Beynəlxalq Hava Limanının adı,
eləcə də “Armenia” sözü həm erməni, həm də ingilis dillərində əks
olunub.
Qeyd edək ki, bu qərar Ermənistan Nazirlər Kabinetinin
sentyabrın 11-də keçirilən iclasında qəbul edilib. Ağrıdağ dağı
Türkiyənin şərqində, Van gölünün şimalında yerləşir.

