
Bakı. Trend:
Bu gün İranda yerli vaxtla saat 14:55-də İran-İraq sərhədində,
İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,7 bal gücündə
zəlzələ baş verib.
Trend-in
məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun
Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İranın Qəsr-e Şirin
rayonunun 22 kilometrliyi və İraqın Xanaqin rayonunun 10
kilometrliyində yerləşib və 10 km dərinlikdə qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.


