Kiçik sahibkarlığa verilən kreditlərin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda kiçik sahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 1,620 milyard manat təşkil
edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.

Məlumata görə, bu, cari ilin sentyabr ayının 1-i ilə müqayisədə
46,4 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrünə nisbətən isə
48 milyon manat və ya 3% çoxdur.




Belə ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda kiçik
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,573 milyard
manat, 2024-cü ilin oktyabrın 1-nə isə 1,572 milyard manat idi.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə Azərbaycan banklarının
biznes kredit portfelinin həcmi 15,545 milyard manat təşkil edib
ki, bu da əvvəlki ayla müqayisədə 452,8 milyon manat və ya 3%, ötən
ilin eyni dövrünə nisbətən isə 1,1 milyard manat və yaxud 7,9%
çoxdur.