Balıqçılıqla bağlı yaradılacaq elektron uçotun məqsədi açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Balıqçılıqla bağlı elektron uçotun yaradılması
planlaşdırılır.

Bunu Trend
müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin
direktoru Ceyhun Əliyev deyib.

O qeyd edib ki, əsas məqsəd balıqçılıq sahəsində fəaliyyət göstərən
subyektlərin fəaliyyətinin şəffaflaşdırılmasıdır.




“Digər proses isə akvakultura təsərrüfatlarının istehsalatının
dayanıqlığını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən növbəti illərdə sahibkarlara subsidiya və dəstək
mexanizmlərinin hazırlanmasıdır”, – deyə o qeyd edib.