Dənizdə qayalıq ərazidə köməksiz qalan balıqçılar xilas ediliblər (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə
vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məlumatla
əlaqədar dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu
cəlb edilib.




Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində
sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə
köməksiz vəziyyətdə qalan balıqçılar, 1985-ci il təvəllüdlü
Məmmədov Azər Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənov Namiq Şükür
oğlu və 1985-cı il təvəllüdlü Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə
çıxarılaraq xilas ediliblər.