Bakı. Trend:
ABŞ-nin yaxın vaxtlarda Venesuela ərazisinə raket zərbələri
endirmə ehtimalı əhəmiyyətli dərəcədə artıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Pentaqonun keçmiş əməkdaşı və
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS)
baş müşaviri Mark Kançian “The Hill” nəşrinə açıqlamasında
bildirib.
“Maduro istefa verməzsə və ya Trampın bunu uğur kimi təqdim edə
biləcəyi qədər radikal bir addım atmazsa, onların (ABŞ
hökumətinin-red.) hansısa tədbir görməsi qaçılmaz olacaq”,- ekspert
qeyd edib.

