
Bakı. Trend:
ABŞ və Kanada ticarət danışıqlarını bərpa etməyi
planlaşdırmırlar.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Air Force
One” təyyarəsində jurnalistlərə açıqlamasında bildirib.
“Reuters” agentliyi qeyd edib ki, ABŞ prezidenti bu açıqlamanı
ABŞ-da Kanada rəsmiləri tərəfindən maliyyələşdirilən və idxal
rüsumlarını tənqid edən reklamın yayımlanması səbəbindən Ottava ilə
ticarət danışıqlarının başa çatdığını elan etdikdən bir həftə sonra
verib.
Eyni zamanda, ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki,
ölkənin məqsədi Kanada ilə vacib minerallar, neft və qaz sahəsində
ticarət məsələləri üzrə müzakirələrə qayıtmaqdır. Lakin o, iki ölkə
arasında fikir ayrılıqlarının “əsaslı səbəblərdən” yarandığını
vurğulayıb.


