
Bakı. Trend:
Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı
start götürüb.
Trend xəbər verir ki, ilk
yarış günündə milli komandamız aktivinə bir qızıl medal
yazdırıb.
-66 kq çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda
Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə
qazanaraq çempion olub.
Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq
slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən
kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr
Hambaryanı məğlub edən cüdoçumuz final yolunda son olaraq Nazar
Viskova qalib gəlib.
Qeyd edək ki, İslam Rəhimov 4 il öncə yeniyetmələr arasında
Avropa çempionu tituluna yiyələnmişdi.

