Bakı. Trend:
Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti
astronavtlardan ibarət qrup – “Şencou-21” (Shenzhou-21) missiyası
kosmosa göndərilir.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, “Şencou-21” missiyasında kosmosa astronavtlar Can
Lu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və Can
Honcandan (yükləmə mütəxəssisi) uçacaq.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan
kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə
edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı
iki laboratoriya modulundan ibarətdir.
“Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə
2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq
quraşdırılıb.

