
Bakı. Trend:
Dekabrın 9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə
bağlı növbəti dəfə hərrac keçirəcək.
Trend bu barədə quruma
istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri
Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20
ünvanında) olacaq. Hərraca ümumi dəyəri 160 min 295 manat olan 62
nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana
qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə
satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı
yaradılır.


