Bakı. Trend:
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası
gerçəkləşib.
Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, “Fatih Karagümrük” Marsel Liçka ilə yollarını
ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi çexiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı
razılıq əsasında xitam verib.
Qeyd edək ki, Marsel Liçka mövsümün əvvəlində “Fatih
Karagümrük”üün baş məşqçisi təyin olunmuşdu.

