Nəqliyyat və rabitə sektoruna 2,1 milyard manat kredit qoyulub

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar
və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş
kreditlərin həcmi 2,095 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 172,6 milyon manat
və ya 9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 321,4 milyon
manat və ya 18,1% çoxdur.




Qeyd edək ki, ümumilikdə, bu ilin oktyabrın 1-nə Azərbaycanda
real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,042 milyard
manat təşkil edib.

Bu da aylıq müqayisədə 577,2 milyon manat və ya 1,9%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,6 milyard manat
və ya 9,3% artım deməkdir.