İKT
- 31 oktyabr, 2025
- 15:56

Prezident İlham Əliyev 21 oktyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib.
“Report” xəbər verir ki, dəyişikliklə qurumun nizamnamə kapitalı 6 miyon 783 min 392 manatdan 26 milyon 783 min 392 manata çatdırılıb. Beləliklə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin kapitalı 3,9 dəfə və ya 20 milyon manat artırılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


