KİV: İranın şərqində Sepah komandirinə hücum olub, yaralılar var

Baş səhifə
KİV: İranın şərqində Sepah komandirinə hücum olub, yaralılar var

İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) komandirlərindən biri Məhəmməd Şahuzehiyə silahlı hücum olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Azad İran” yayıb.

Məlumata görə, onun avtomobilinə silahlı hücum bu gecə olub. Hadisə nəticəsində Sepah komandiri Məhəmməd Şahuzehinin öldüyü ehtimal edilir. Onun mühafizəçilərinin isə yaralandığı bildirilib.

İnformasiyaya əsasan, Məhəmməd Şahuzehi 2022-ci ilin sentyabrın 30-da Zahidandakı “Qanlı Cümə Günü” kimi tanınan etiraz aksiyalarının zor gücü ilə yatırılmasında iştirak etmiş komandirlərdən biri kimi tanınırdı. Həmin hadisə zamanı onun rəhbərliyi altındakı qüvvələr etirazçı etnik bəluclara və başqa mülki vətəndaşlara qarşı amansızlıq ediblər.