Bakı.Trend:
“Dövlət Bayraq” meydanının yaxınlığında yol-nəqliyyat hadisəsi
baş verib.
Trend xəbər verir ki, oktyabrın 30-da 2002-ci təvəllüdlü
Seyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı
avtomobillə hərəkət edərkən “Dövlət Bayraq” meydanının yaxınlığında
piyada 1988-ci il təvəllüdlü Vlada Axundovanı vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlər nəticəsində hadisə
yerində ölüb.
Faktla bağlı Səbail rayon polis idarəsinin İstintaq şöbəsində
CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

