Vaşinqton ABŞ ilə Çin arasında ticarət sazişinin imzalanacağı tarixi elan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ və Çin ticarət sazişi layihəsinin hazırlığını
yekunlaşdırıblar. Onun gələn həftə imzalanması planlaşdırılır.

Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Maliyyə naziri
Skott Bessent çıxış edib.




Maliyyə nazirinin sözlərinə görə, Kuala-Lumpur sazişinin
layihəsi üzərində işlər artıq ötən gün başa çatdırılıb. Sənədin
əsas müddəlarından biri Çinin Amerikadan iri həcmdə kənd
təsərrüfatı məhsulları alması ilə əlaqədardır.

O vurğulayıb ki, əldə olunan razılaşmalar dünyanın iki ən böyük
iqtisadiyyatı arasındakı iqtisadi əlaqələri möhkəmləndirəcək.