Xəstəxana: Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır

Baş səhifə
Xəstəxana: Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır

Yadigar Muradov

Xəstəxana şəraitində müalicəsi davam edən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam edir.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilib.