
Azərbaycanın səhiyyə sahəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür.
“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025″in açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sərgi səhiyyə sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platformadır:
“Medinex 2025″ səhiyyə mütəxəssislərinin yeniliklərlə tanışlığı, mövcud tərəfdaşlıqların inkişafı, yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır və bu tədbir milli səhiyyə sisteminin innovativ inkişafına töhfə verir”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


