“Arsenal” İngiltərə futbolunda yeni rekorda imza atıb

Baş səhifə
Arsenal İngiltərə futbolunda yeni rekorda imza atıb

“Arsenal” klubu İngiltərə futbolunda yeni rekorda imza atıb.

“Report” “Opta Sport”a istinadən xəbər verir ki, London təmsilçisi buna Liqa Kubokunun IV turunda “Brayton”a 2:0 hesabı ilə qalib gəlməklə nail olub.

“Topçular” Premyer Liqada çıxış edən komandalar arasında bir ay ərzində ardıcıl 6 matçda qol buraxmadan qələbə qazanan ilk kollektivdir.

“Arsenal” daha əvvəl elitada “Kristal Pelas”ı (1:0), “Fulhem”i (1:0), “Vest Hem”i (2:0), UEFA Çempionlar Liqasında “Atletiko”nu (4:0) və “Olimpiakos”u (2:0) üstələyib.