
Bakı. Trend:
“Liverpul” İngiltərə Liqa Kubokunun dördüncü raundunda evdə
“Kristal Pelas”a 0:3 hesabı ilə uduzub. Beləliklə, mersisaydlılar
son 7 oyunun 6-da məğlub olublar.
Trend xarici KİV-ə istinadən xəbər ki, sentyabrın 27-dən bəri
“Liverpul” Avropanın ən güclü beş liqası arasında bütün yarışlarda
ən çox oyun uduzan komanda olub.
Bu müddətdə “qırmızılar” ardıcıl dörd Premyer Liqa matçında
(“Kristal Pelas” – 1:2, “Çelsi” – 1:2, “Mançester Yunayted” – 1:2,
“Brentford” – 2:3) məğlub olub, Liqa Kubokundan kənarlaşdırılıb və
Çempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a (0:1) uduzub.
Komandanın bu dövrdə yeganə qələbəsi Çempionlar Liqasının 3-cü
turunda “Ayntraxt” üzərində 5:1 hesablı qələbə olub.


