
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Gədəbəy rayonunun Slavyanka kəndində vətəndaşın quyuda köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb olunublar.
Əməliyyat zamanı məlum olub ki, 1965-ci il təvəllüdlü Hüseynov
Mehbalı həyətyanı sahədə təxminən 3 metr dərinlikdə olan quyuya
düşərək xəsarət alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə etməklə
vətəndaşı quyudan çıxarıb xilas ediblər.


