Böyük Britaniya Karib ölkələrinə təcili yardım ayırıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti Karib hövzəsində dağıntılara səbəb olan
“Melissa” qasırğasından sonra bölgəyə təcili humanitar yardım
ayırıb.

Trend xəbər verir
ki, hökumət Yamaykaya dəstək məqsədilə 2,5 milyon funt-sterlinq
dəyərində maliyyə paketi ayırıb.




Bu vəsait sığınacaq dəstləri, su filtrləri, yorğanlar kimi
təcili yardım ləvazimatlarının çatdırılmasına, eləcə də
xəstəliklərin və yaralanmaların qarşısının alınmasına
yönəldiləcək.

Britaniyanın humanitar və texniki ekspertləri bölgəyə ezam
olunub və yardımların koordinasiyası ilə məşğul olacaqlar. Bundan
əlavə, qasırğadan zərər çəkmiş ərazilərə operativ yardım çatdırmaq
məqsədilə Britaniya artıq Antiquada ehtiyat yardım ləvazimatları
yerləşdirib.