MEDİA könüllülərinin II şəbəkələşmə görüşü keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 29-da MEDİA könüllülərinin II şəbəkələşmə görüşü
keçirilib.

Trend xəbər verir
ki, açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin
İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Agentliyin
fəaliyyətində gənclərin iştirakı və könüllülük fəaliyyətinin
təşviqi mühüm yer tutur. “MEDİA könüllüləri” proqramının
informasiya savadlılığının, peşəkar bacarıqların və sosial
məsuliyyət hissinin inkişafında mühüm platformaya çevrildiyini
diqqətə çatdıran Əhməd İsmayılov sözügedən təşəbbüsün gənclərin
media sahəsində bilik və təcrübə qazanması ilə yanaşı, ölkənin
media mühitinin inkişafına və yeni nəsil jurnalistlərin
formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və
informasiya texnologiyaları departamentinin direktoru Ləman
İsgəndərova proqramın ötən illər ərzindəki fəaliyyəti barədə
təqdimatla çıxış edərək “MEDİA könüllüləri” proqramının inkişaf
yolundan, əldə olunan nəticələrdən, həmçinin proqram məzunlarının
media sahəsindəki uğurlarından bəhs edib.

Görüş zamanı “MEDİA könüllüləri”nin himni təqdim olunub, eləcə
də könüllülərin iştirakı ilə “MEDİA könüllüsünün bir günü” adlı
səhnəcik nümayiş etdirilib.

Tədbir “MEDİA könüllüləri peşəkar mediada” adlı videoçarxın
təqdimatı ilə davam edib.