“Sabah” FIBA Çempionlar Liqasında növbəti dəfə məğlub olub

Baş səhifə
Sabah FIBA Çempionlar Liqasında növbəti dəfə məğlub olub

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

“Report” xəbər verir ki, səfərdə Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 71:84 hesabı ilə məğlub olub.

B qrupunun matçı Şalon-sur-Son şəhərindəki Le Kolizeydə keçirilib.

Qeyd edək ki, Bakı klubu ilk iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.