Braziliya millisinin üzvü PSJ-dən ayrılmaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

PSJ-nin futbolçusu Lukas Beraldo komandadan ayrılmaq
niyyətindədir.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, braziliyalı müdafiəçi bu mövsüm az forma
şansı qazanmasından narazıdır.




Braziliya millisinin üzvü DÇ-2026 öncəsi daha çox oynamaq və
yaxşı formada olmaq üçün başqa kluba icarəyə verilməsini istəyir.
Baş məşqçi Luis Enrike futbolçunun istəyinin əleyhinə deyil.

Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında
ölkəsinin “San Paulo” klubundan 20 milyon avroya transfer edib.