
Bakı. Trend:
Çinin avtomobil istehsalçıları Avropa bazarında ən yaxşı aylıq
göstəricilərini nümayiş etdirərək elektrik və hibrid modellərə
artan tələbat sayəsində əvvəlki yüksək göstəriciləri
üstələyiblər.
Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, BYD, “SAIC Motor” və “Chery Automobile”
şirkətləri Avropadakı bütün minik avtomobil satışlarının rekord
7,4%-ni ələ keçirərək “Kia” kimi Cənubi Koreya avtomobil
istehsalçılarını ilk dəfə üstələyib.
Qeyd edilir ki, dünyanın ən böyük elektrik avtomobil
istehsalçısı olan BYD diler şəbəkəsini, habelə qoşulan hibrid və
elektrik avtomobilləri çeşidini genişləndirib.


