Bakı. Trend:
“Yuventus” un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, A Seriyası nəhəngi Lusiano Spaletti ilə anlaşıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Spaletti ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə
imzalanacaq. Turin təmsilçisi Çempionlar Liqasına vəsiqə qazansa,
sözləşmə daha 1 il uzadılacaq.

