Qoca insanlarda beyin hüceyrələrinin zədələnməsinə təsir edən faktor açıqlandı

Baş səhifə

Bakı. Trend:

Alimlər arteriyaları sərt olan yaşlı insanlarda beyin sinir
hüceyrələrinin zədələnməsinin daha tez-tez baş verdiyini
müəyyənləşdirib.

Trend xəbər verir
ki, bu haqda tədqiqatın nəticələri Alzheimer’s & Dementia (A&D)
jurnalında dərc olunub.




Tədqiqatda yaddaş və ya düşüncə problemlərindən şikayət etməyən
570 yaşlı insan iştirak edib. Alimlər damarların vəziyyətinin
beynin zədələnməsinin ilkin əlamətlərinə və idrak funksiyalarına
necə təsir etdiyini anlamağa çalışıblar.

Xüsusi diqqət neyrofilamentin yüngül zəncirli zülalına (NfL)
yönəldilib. Bu zülal az miqdarda bütün insanların qanında mövcuddur
və onun səviyyəsi yaş artdıqca təbii şəkildə yüksəlir. Lakin NfL
göstəricisinin həddindən artıq yüksək olması sinir hüceyrələrinin
məhvinə və sinir liflərinin zədələnməsindən xəbər verir.