Bakıda yeniyetmə və gənc paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib

Baş səhifə
Bakıda yeniyetmə və gənc paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib

Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının əməkdaşlığı çərçivəsində yeniyetmə və gənc paracüdoçularımızın olimpiyaçılarımızla birlikdə məşqlərinə start verilib.

Bu barədə “Report”a MPK-nın mətbuat xidmətindən məlumat verilib.

Məşqdə olimpiya çempionlarımız Hidayət Heydərov ilə Zelim Kotsoyev də iştirak edib.

Məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.