
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti yaxşılaşır.
Bu barədə “Report”a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
Onun sözlərinə görə, atasının müaəlicəsı xəstəxana şəraitində davam etdirilir:
“Hazırda fizioterapiya məşqləri edilir. Bir ay yataq rejimində qaldığından bu proses zərurudir. Qidalanması da normallaşıb”.
Səbuhi Vaqifoğlu, həmçinin deyib ki, atasının yaxın günlərdə evə buraxılması gözlənilir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


