Maştağa qəsəbəsində abadlaşdırma işlərinə başlanılıb

Baş səhifə

Bakı. Trend:

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində abadlaşdırma
işlərinə başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Abadlıq
Xidmətindən məlumat verilib.

Bildirilib ki, infrastruktur və kommunikasiya layihələrinin
mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub. Dam örtüklərinin
yenilənməsi, fasadların, yolların təmiri də prosesə daxil
edilib.




Vurğulanıb ki, Maştağada abadlıq yenicə başlansa da, qəsəbənin
işıqlandırılması istiqamətində əhəmiyyətli işlər aparılıb. Mərkəzi
Park tamamilə yenilənib, qəsəbənin ümumi estetik görünüşünə xələl
gətirən, qanunsuz ticarət obyektləri ilə bağlı yerli icra
strukturlarının dəstəyi ilə müvafiq tədbirlər görülür.

Qeyd edilib ki, Maştağada tarixi abidələr bərpa edildikdən,
geniş yenidənqurma işləri aparıldıqdan sonra qəsəbənin Balaxanı və
Ramana kimi turist marşrutuna salınacağı mümkündür. Bu isə öz
növbəsində məkanın canlanmasına, gələcəkdə yeni sahibkarlıq
subyektlərinin yaranmasına, xidmət və ticarət sektorunda biznesin
inkişafına töhfə verəcək.