
Bakı.Trend:
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Fərrux oğlu
Əliyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində
yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanında
dəfn olunub.
Trend xəbər
verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili
İşlər nazirliklərinin əməkdaşları, Suraxanı, Xətai və Sabunçu Rayon
İcra hakimiyyətlərinin nümayəndələri, müharibə veteranları, şəhid
ailələri və sakinlər iştirak ediblər.
İtkin şəhid Əliyar Fərrux oğlu Əliyev yaylım atəşi və hərbi
orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa
tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil
qoyulub, gül dəstələri düzülüb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Əliyev
1961-ci il yanvarın 5-də Ağdam rayonunun Kolqışlaq kəndində anadan
olub. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə
itkin düşüb.


