Azərbaycan Xəzər dənizini Avropaya birləşdirəcək interkonnektorun texniki-iqtisadi əsaslandırmasının ilin sonuna kimi yekunlaşacağını gözləyir – Cavid Abdullayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Xəzər dənizi, Gürcüstan, Rumıniya və Macarıstanı
birləşdirəcək böyük enerji interkonnektor layihəsinin
texniki-iqtisadi əsaslandırmasının (TİƏ) bu ilin sonuna qədər
yekunlaşacağını gözləyir.

Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında
Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.




O qeyd edib ki, layihə “yaşıl enerji”nin inkişafında və regional
inteqrasiyada strateji istiqamət kimi önəm daşıyır və Azərbaycanın
bərpa olunan elektrik enerjisinin Avropaya ixracı üçün əsas
yaradır.

“Texniki-iqtisadi əsaslandırma son mərhələdədir və ilkin
nəticələr bu layihənin həyata keçirilməsinə nikbin baxmağa imkan
verir. Biz ilin sonunda növbəti mərhələyə keçidlə bağlı təklifləri
təqdim etməyi planlaşdırırıq”,- deyə C.Abdullayev bildirib.