
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun dövlət başçısı
kimi ikinci müddəti ərzində ölkə iqtisadiyyatına təxminən 18
trilyon dollar cəlb olunub. İlin sonunadək bu məbləğin ümumilikdə
20-22 trilyon dollara çatacağı gözlənilir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Amerika Prezidenti bu açıqlamaları Cənubi Koreyanın Kyoncju
şəhərində keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq
Təşkilatının (APEC) sammitində çıxışı zamanı səsləndirib.
Tramp ABŞ-ni dünyanın ən varlı ölkəsi adlandıraraq qeyd edib ki,
indi ABŞ yüz milyardlarla dollar gəlir əldə edir.


