Kubaya daxil olan dağıdıcı “Melissa” qasırğası zəifləyib

Baş səhifə

Bakı. Trend:

Atlantik okeanda formalaşmış güclü “Melissa” qasırğası
Saffir-Simpson şkalası ilə üçüncü kateqoriyaya qədər zəifləyib.

Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Milli Qasırğaların Müşahidə Mərkəzi məlumat
yayıb.




Hazırda Kubanın Quantanamo şəhəri istiqamətində irəliləyən
qasırğanın gətirdiyi küləklərin sürəti saatda 17 kilometrdir.

Kubanın bəzi şərq rayonlarında torpaq sürüşməsi təhlükəsi elan
edilib.