Sahibə Qafarova: Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib

Baş səhifə
Sahibə Qafarova: Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib

Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.

Onun sözlərinə görə, ötən əsrin sonlarında Azərbaycana qarşı silahlı təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı.

“Belə bir məqamda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş konstitusiyada xalqın suverenliyi, qanunun aililiyi və digər əsas amillər əsas götürülüb”.

Sahibə Qafarova Azərbaycanın 30 illik işğaldan qurtulmasına tarixinə nəzər salıb:

“Bildiyiniz kimi, ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi 30 il işğal altında olub. 2020 ci İlin Vətən müharibəsində 2023-cü ilin antiterror tədbriləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bərpa edildi”.

Spiker qeyd edib ki, hazırda parlament diplomatiyası sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndiirlməsində böyük rol oynaya bilər:

“Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib. Birgə səylərlə yeni çağırışlara qoşulmaq və bütün dünyada sülh və sabitliyin təmini mümkündür”.